program

FİSH OİL

Fish Oil

Fish Oil

QISA MƏLUMAT

Təsvir: Fish Oyl - yüksək təmizlənməyə məruz qalmış balıq yağıdır. Tərkibində əvəzolunmaz Omeqa-3 yağ turşuları – eykozapentaen turşusu (EPA) və dokozageksaen turşusu (DHA) var.

MƏHSUL HAQQINDA

Fish Oil 120 kapsul

Təsvir: Fish Oil - yüksək təmizlənməyə məruz qalmış balıq yağıdır. Tərkibində əvəzolunmaz Omeqa-3 yağ turşuları – eykozapentaen turşusu (EPA) və dokozageksaen turşusu (DHA) var. Balıq yağının tərkibində insan orqanizmi üçün lazım olan A və D vitaminləri, eləcə də Omeqa-3 yağ turşuları var. Orqanizm onları özbaşına hasil edə bilmədiyinə görə, insan üçün polidoymamış yağ turşularının yeganə mənbəyi qidadır, xüsusilə də yağlı balıqdır.

Omeqa-3 turşularının çatışmazlığını doldurmağın ən asan və sadə üsulu – kapsullarda balıq yağının müntəzəm qəbuludur. Balıq yağı necə təsir göstərir? Balıq yağının tərkibindəki A vitamini bizim orqanizmimizə yaxşı görmə qabiliyyətini saxlamaq, saçların, dərinin, burnun, boğazın, həzm və tənəffüs sistemlərinin selikli qişalarının sağlamlığını qorumaq üçün lazımdır.

Vitamin A sümük və diş emalının böyümə proseslərinə müsbət təsir göstərir və antioksidant xüsusiyyətlərə malikdir. Vitamin D fosforun və kalsiumun orqanizmin hüceyrələrinə nüfuz etməsinə kömək edir, sümük və dişlərin sağlamlığını qoruyur; yüksək əsəb gərginliyinin və ayaq-baldır əzələlərində xoşagəlməz qıcolmaların qarşısını alır.

Vplab firmasının istehsal etdiyi Fish Oil-un təsirləri:

- qanın laxtalanma qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır;

- qan təzyiqini normallaşdırmağa kömək edir;

- ürək-damar sisteminə düşən yüklənməni azaldır;

- baş beynin daha effektiv işləməsinə şərait yaradır;

- orqanizmdə doymuş yağları yandırmağa və bununla da arıqlamağa kömək edir;

- orqanizmdə stress hormonlarının hasilatını azaldır;

`- prostaglandinlərin - xüsusi iltihabəleyhinə (şiş və ağrılardan qurtulmağa kömək edirlər) xüsusiyyətlərə malik olan maddələrin hasilatında iştirak edir.

Çoxsaylı elmi tədqiqatlar göstərmişdir ki, balıq yağı tək ürək və damar xəstəliklərinin profilaktik vasitəsi deyil, həm də artıq çəki ilə bağlı olan xəstəliklərin riskini azaldan effektiv preparatdır. Bütün bunlarla yanaşı, sübut edilmişdir ki, balıq yağı orqanizmdə insanın əhval-ruhiyyəsini qaldıran serotonin hormonunun hasilatını yüksəldir. Ona görə də, balıq yağının çoxsaylı faydalı xüsusiyyətlərə malik olmasını nəzərə alaraq demək olar ki, hər bir kəs onu qəbul etmək üçün mütləq bir səbəb tapacaqdır.

Məhsulun bir porsiyasında(3 kapsul) qida maddələrinin tərkibi:

Balıq yağı                       3000 mq

Omeqa-3                        900 mq

Eykozapentaen turşusu    480 mq

Dokozageksaen turşusu    300 mq

İstifadə qaydaları: Qida qəbulu zamanı kifayət miqdarda su ilə gündə 1-3 kapsul qəbul edin.

Bağlamada porsiyaların sayı: 60

İstehsalçı: Vplab

Oxşar məhsullar

Mağazalarımıza yeni gətirilmiş orijinal idman qidaları