Baza hərəkətlərının 5 əsas faydası

Çox vaxt eşidirik ki, baza məşq hərəkətlərini (oturub-durmalar, uzanmış vəziyyətdə jim, yerdən dartma, ayaq üstə ştanqla jim və ştanqı kəmərə qaldırma) yerinə yetirmək çox vacibdir. Bu hərəkətlərin çətinliyi ilə yanaşı, faydalı olması haqqında hamımız eşitmişik. Bəs konkret olaraq, baza hərəkətlərinin hansı faydaları var?

1. Əzələlərin böyüməsi və eyni zamanda piylərin yandırılması.

Baza çalışmaları orqanizmdən qidalandırıcı maddələrin yüksək sərfiyyatını tələb edir. Məşq zamanı aktiv şəkildə qlikogendən istifadə olunur, məşq bitdikdən sonra isə piyləri yandıran bərpa prosesləri işə düşür.

Ardını oxu...

5 ən vacib məşq hərəkəti

Əzələlərin böyüməsi və testosteron səviyyəsinin artırılması üçün baza çalışmaları: nə üçün bu çalışmalar bu qədər önəmlidirlər və onları texniki baxımdan necə düzgün yerinə yetirməyi öyrənmək olar?

Testosteron və baza çalışmaları

Müxtəlif fiziki çalışmalar orqanizmin hormonal fonuna müxtəlif cür təsir göstərir. Çalışmanın yerinə yetirilməsi zamanı işə nə qədər çox əzələ cəlb olunarsa, o qədər də o əzələ artımı üçün vacib olan testosteronun və digər anabolik hormonların hasilatına daha aktiv təsir göstərəcəkdir.

Ardını oxu...

Press məşqi: 6 kubikə nail olmağın 6 yolu

Bügünkü gündə, hara baxsan, hər yerdə 6 kubik qarın əzələsinə necə nail olmaq haqda sirri və ya çoxdan unudulmuş həqiqəti açmağı vəd edən saytlara rast gəlirsən. Az qala minlərlə "mütəxəsisslər" sizə bütün dünyanı vəd edirlər, amma nəticələr həmişə yaxşı olmur. Ən əsası isə odur ki, əksər insanların bütün bu yararsız məlumatları ələkdən keçirib özləri üçün ən yaxşı variantı seçməyə sadəcə olaraq vaxtı yoxdur.

Ardını oxu...

Daha güclü olmaq üçün 10 məsləhət

Demək olar ki, hamı gözəl bədən formasına malik olmaq istəyir, lakin çox vaxt biz yalnız formaya diqqət ayırırıq, amma funksiyalar haqda unuduruq. Əzələlər formaya malik olmalıdırlar, lakin eyni zamanda onlar işləməlidirlər! Əgər siz güclü olmaq istəyirsinizsə, o zaman bu məqalə məhz sizin üçündür.

Ardını oxu...

Ayaqların köməyi olmadan yerdən jim

1-ci mərhələ

Birinci hazırlıq məşqi - əllər kəmər səviyyəsində ola-ola yerdən jim etməkdir. Lakin əlləri kəmərə yaxın qoyub birbaşa jim etmək çox az adamda alınır və bu göründüyü kimi asan deyil. Hər növbəti məşqlə siz əllərinizi kəmər hissəsinə yavaş-yavaş yaxınlaşdırmalısınız.

Ardını oxu...

Əyilmiş vəziyyətdə ştanqı qaldırma - əsas qaydalar

Bel mürəkkəb əzələ qrupundan ibarətdir və onun üçün müxtəlif növdə məşq hərəkətləri mövcuddur. Onlar o qədər çoxdur ki, istənilən yeni başlayan idmançı öz ambisiyalarını toplayaraq hər hansı bir bodibildinq jurnalını əldə edib saatlarla öz beli üzərində məşğul ola bilər. Və bu hərəkətlər arsenalının yalnız bir kiçik qismi olacaqdır.

Ardını oxu...

1 -dən səhifə 10

 

Go to top