Əzələ kütləsinin artmamağının 5 əsas səbəbi

Əgər artıq hiss etməyə başlamısınız ki, əzələlərinizi və iş çəkilərini artırmaq sizin üçün çətinləşib - mən sizə təsəlli verəsi deyiləm. Bu məqalənin məqsədi – bəzi yanlış fikirləri dağıtmaq, onları sizin beyininizdən yuyub çıxartmaqdır.

Aşağıda işinizin nə üçün getmədiyini göstərən 5 mümkün səbəb göstərilib

Ardını oxu...

Superset nədir? Supersetləri məşqdə tətbiq etmə qaydaları

Supersetlər – intensivliyin artırılmasına yönəlmiş məşq üsullarından biridir. Bədəninizi inkişaf etdirmək, əzələləri artırmaq və gücü çoxaltmaq üçün məşqləri getdikcə daha ağırlaşdırmaq lazımdır. Bu prinsip bodibildinqdə o qədər geniş yayılıb ki, bu haqda ayrıca söhbət etməyə dəyər.

Ardını oxu...

Ciyin məşqinin 4 əsas qaydası

 

1-ci qayda

Əgər qollarınız uzundursa, jimləri unudun. Qollarınız nə qədər uzundursa, o qədər də uzun məsafəyə çəkini aparmaq lazım olur. Bu isə o deməkdir ki, eyni çəkini qaldırmaq üçün qolları sizinkilərdən gödək olan “bəxtəvərlərlə” müqayisədə sizə daha çox səy göstərmək lazım olacaq.

Ardını oxu...

Uzanaraq jimdə nəticəni qaldırmaq üçün 20 məsləhət

1. Çiyinləri arxaya çəkin!

Jim zamanı kürəklər bir-birinə yaxınlaşdırılmalıdırlar. İlk öncə qurğusuz məşq edin, düz durun və qollarınızla divara dirənin. Bir addım geri atın. Dizlərinizi qatlamayın, belinizi düz saxlayın. Qollar da düz durmalıdırlar. Bu ilkin vəziyyətdir. Son vəziyyətə keçmək üçün çiyinlərinizi arxaya çəkin və qollarınızı düz saxlayaraq (dirsəkləri qatlamayın) kürəklərinizi mümkün qədər bir-birinə yaxınlaşdırın. Bu çalışma üzərində gündə 5 dəqiqə olmaqla bir neçə gün və ya həftə işləyin. Bu yolla siz yalnız uzanmış vəziyyətdə jim nəticələrinizi artırmayacaqsınız, həm də zədə almaq riskini də azaldacaqsınız.

Ardını oxu...

Kürək əzələləri üçün 10 ən yaxşı məşq hərəkəti

Diqqətinizə, enli və möhkəm kürəyə sahib olmaq üçün ən yaxşı 10 məşq çalışması siyahısını təqdim edirik.

Bu məşq çalışmalarının əhəmiyyətlilik dərəcəsinə görə hansı yer tutması atlet üçün mütləq rol oynamır, lakin siyahının aşağısında kürək əzələ qruplarının məşq etdirilməsi üçün ən effektiv çalışmalar yerləşdirilib. Məşqlərin yerinə yetirilmə ardıcıllığı adətən köməkçi əzələlərin sabitləşmə tələbləri ilə müəyyən olunur. Əzələ qruplarını spesifik qaydada məşq etdirə bilən məhdud (izolyasiyalı) məşqləri treninqin sonunda yerinə yetirmək tövsiyə olunur.

Ardını oxu...

Düzgün məşqin 10 sirri

1. Güc məşqlərinə yalnız əzələlərinizin açılmasına və qızışdırılmasına yönəlmiş hərəkətlərdən sonra başlayın. Ağır çəki ilə məşq etdikdə düzgün yerinə yetirilmə texnikasına əməl etməyə və fikrinizi söhbətlərə və zarafatlara yayındımayaraq yalnız bu məşqdə cəmləməyə çalışın.

Ardını oxu...

2 -dən səhifə 9

 

Go to top